Prezident özünün və Baş nazirin maaşını azaltdı – Sərəncam

Müəllif: Redaktor

Editor

put-med21Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncama əsasən ölkə başçısı, baş nazir və müxtəlif dövlət strukturlarında çalışın işçilərin əmək haqlarının 10% azaldılması barədə qərar 2016-cı ildə də qüvvədə qalacaq.

Bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mart ayının birindən etibarən öz maaşını 10% azaldıb. Elə həmin vaxt Putin Kreml Administrasiyasında maaşların azaldılması barədə qərar qəbul edib.

Rusiya Dövlət Dumasının cari ilin dövlət büdcəsinin tənzimlənməsi üçün deputatların maaşlarının azaldılması ilə bağlı Putinə müraciət edəcəyi gözlənilir(Azvision).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır