!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Sergey Lebedevi qəbul edib

!Reklam – Yazi

10196a03e0691e477ecc246f93ea5eecAzərbaycan prezidenti İlham Əliyev MDB İcraiyyə Komitəsinin sədri, Milli Məclisə seçkilərdə MDB-dən müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

S. Lebedev bu il rəhbərlik etdiyi missiyanın MDB-nin müxtəlif ölkələrində öz fəaliyyətlərini uğurla həyata keçirdiyini deyib.

Azərbaycandakı seçkilərdə rəhbərlik etdiyi təşkilatdan 147 nəfərdən ibarət nümayəndə heyətinin iştirak etdiyini vurğulayan qonaq bildirib ki, missiya adətən nümayəndələrin sayını ölkələrlə razılaşma əsasında müəyyənləşdirir və öz müşahidələrini həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirir: “Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə tam təmin olunub”.

Dövlət başçısı isə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etdiyi təşkilatın ölkə qanunvericiliyinə əsaslanan obyektiv yanaşmasının və qətiyyən siyasiləşdirilməmiş mövqeyinin önəmini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın dəvətinə baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə gəlməsini israr edib. Dövlət başçısı deyib ki, onlara müşahidəçilərin sayının ölkə əhalisinin sayına uyğunlaşdırılması təklif olunduqda, seçkiləri müşahidə etməkdən imtina ediblər.

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu hərəkətinin qəbuledilməz olduğunu deyib. Dövlət başçısı bütün bunlara baxmayaraq Avropa Şurasının Parlament Assambleyasını, Müstəqil Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və ölkələri təmsil edən çoxsaylı müşahidəçilərin seçki prosesini izlədiklərini vurğulayıb.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv