www.sinerjipro.net

SinerjiProWide
Reklam

1439194901Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında süni qiymət artımı ilə bağlı verdiyi ciddi tapşırıqdan sonra bəzi məhsulların qiyməti ucuzlaşıb.

Ucuzlaşma bölgələrdə və paytaxt mağazalarında hiss olunur.

Manatın məzənnəsinin dəyişməsindən sonra bir kisəsi 30 manata satışa çıxarılan unun qiyməti ucuzlaşaraq hazırda 22-23 manat təşkil edir.

Sakinlərin bildirdiyinə görə, mağaza sahibləri fürsətdən istifadə edərək ərzaq məhsullarını baha qiymətə satışa çıxarırdılar, prezidentin tapşırığından sonra qiymətlər bir qədər ucuzlaşıb.

`Mağazalarda qiymətlər müxtəlifdir. Kim necə istəyir, elə də qiymət qoyur. Prezidentin çıxışından sonra qiymətlər bir qədər aşağı salınıb. Əsasən unun qiyməti 30-34 manata qədər qalxmışdı. Bu gün isə 22 manata satışa çıxarılıb. Yağ, çay, şəkər tozu və digər məhsullar ötən günlərlə müqayisədə 15-20 qəpik ucuzlaşıb`-deyə sakinlər bildiriblər.

Ekspertlərin fikrincə, süni qiymət artımı ilə bağlı ciddi tədbirlər görülərsə, qiymətlər nisbətən aşağı düşəcək.

Qeyd edək ki, qiymət artımları süni şəkildə həyata keçirilir. Bununla bağlı ölkə başçısı Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında ciddi tapşırıqlar verərək, günahkarların cəzalandırılacağını diqqətə çatdırıb.

“O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən natəmiz insanlar, işbazlar sui istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”-deyə ölkə başçısı qeyd edib.

Xatırladaq ki, prezidentin bu çıxışından sonra rəsmi dövlət qurumları tərəfindən ciddi yoxlamalar həyata keçirilir. Fəaliyyətində nöqsanlar aşkar edilən müəssisələr müəyyən edilərək süni qiymət artıran bir neçə nəfər isə həbs edilib. Hazırda bu tədbirlər davam etdirilir. Yoxlamalar təkcə paytaxtda deyil, bölgələrdə də aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 67
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."