Yazı İçi 468×60

????????????????????????????????????

Prezident İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə edib, bu səfərin uğurla keçdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini bildirib.

ABŞ dövlət katibinin müavini Tomas Şennon dövlətimizin başçısının Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırıb. O, ABŞ-ın Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib və əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."