www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

Yenicag.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əminəm ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 793
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."