Yazı İçi 468×60

988584_10155712197840315_6725119319367632479_nPrezident İlham Əliyev Laçın Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.

Sərəncamla Aqil Ağaxan oğlu Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov mart ayında vəzifədən azad edilib. Onunla bərabər Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyev də postdan uzaqlaşdırılmışdı. Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev onların işdən çıxarılma səbəblərini belə izah etmişdi: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Onlar öz fəaliyyətlərini Azərbaycan prezidentinin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Vəzifədən azad edilən icra başçıları amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzlarını itiriblər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."