Prezident yeni komissiya yaratdı – Nazir sədr oldu

Müəllif: Redaktor

Editor

97428Azərbaycan Prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə yaradılsın:

Komissiyanın sədri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Komissiyanın üzvləri

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Səyyad Salahlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini

Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir