!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Ziya Məmmədovun qohumlarını işsiz qoydu – Özəl – Foto

!Reklam – Yazi

Küçələrdən yığılan pulların mənbəyi  “Bakı Sərnişin Nəqliyyatı” MMC ləğv edildi 

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Qərarın tam mətni Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.

Qərarda deyilir ki, MMC Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə yaradılır.

İndiyə qədər isə paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi. Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti meriyanın nəzarətinə keçir. Bununla da Ziya Məmmədovun daha bir maliyyə qaynağı qapadılıb. Bir qədər öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi. Qısa müddət ərzində Ziya Məmmədov iki böyük maliyyə qaynağından rəsmən məhrum edilib.

 

Maraqlı fakt isə ondan ibarətdir ki, “Transqeyt” şirkəti özəl şirkət olsa da, Nəqliyyat Nazirliyinin bu işlə məşğul olan rəsmi dövlət qurumu da mövcud idi. “Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti “Bakı şəhərində sərnişin daşımalarının təşkilinin təkmilləşdirilməsi haqqında”Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2006-cı il 10 iyul tarixli 66/ü nömrəli əmrinə əsasən yaradılmış  təsərrüfat subyektidir.

Yəni, bu sahənin özəl şirkətdən alınması anlaşılandır. Lakin dövlətin bu sahə üzrə çalışan hazır qurumunu Nəqliyyat Nazirliyinin nəzdindən alıb, Bakı Meriyasına transfer etmək varkən, yeni quruma nə ehtiyac var idi?

“Yenicag.az”-a daxil olan özəl xəbərdə deyilir ki, Prezident əslində son müşavirədə Ziya Məmmədovu çıxaracaqmış. Çünki Əliyevə təqdim olunan sənədlər nəqliyyat nazirinin “kəllə”sini aparmalıymış. Lakin Prezident Məmmədovu bu dəfəlik cəzalandırmaq qərarı verib.

Yeni qurumun yaradılmasında məqsəd də sərnişindaşımadan nazirin izlərini tamamən silməkdir.

Çünki, “Bakı Sərnişin Nəqliyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Ziya Məmmədovun qardaş-bacı uşaqlarının “oylağı” idi. Hazırda səlahiyyətsiz qalan “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin sədri Rövşən Məmmədov Ziya Məmmədovun qardaşı oğludur. Onun müavini isə Ziya Məmmədovun doğma bacısı oğlu Davud Əfəndizadədir. Və Nazirlər Kabinetinin bu qərarı ilə, onlar bu sahədən uzaqlaşdırıldılar.

 

Qeyd edək ki, “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin sərnişindaşımanı “əmanət” etdiyi «Transqeyt» MMC şirkəti Suraxanı rayonu ərazisində Məmmədov Rövşən Loğman oğlu tərəfindən 2008-ci ildə təsis edilib. Yəni, Ziya müəllimin qardaşı oğlu dövlətin avtobuslarını özünə  icarəyə vermişdi.

Bu qərarla faktiki olaraq, Ziya Məmmədovun qohumları “işsiz” qaldı.

Onu da qeyd edək ki, “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin bütün hesabları dövlət banklarında deyil, nazirə məxsus “Bank of Azerbaijan” ASC-də idi.

Prezidentin “Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər” sözlərinə gəlincə, mənbəmiz prezidentin bu pulların kimə getdiyini bildiyini və bunun sərnişindaşımada problem çıxarılmaması üçün üstüörtülü xəbərdarlıq sayılmalı olduğunu qeyd etdi. Belə ki, bu pullar “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin hər rayon üzrə kuratoru tərəfindən yığılaraq, MMC-nin faktiki şefi Davud Əfəndizadəyəyə çatdırılır. O pulların neçə faizinin dövlət büdcəsinə keçirildiyi isə sual altındadır.

www.yenicag.az

1517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv