Prezidentdən 3 dəyişiklik təklifi

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

İqtisadi islahatların, yeni iqtisadi şəraitin tərkib hissəsi olaraq ölkə prezidenti tərəfindən parlamentə paket şəklində 3 qanun layihəsi göndərilib. “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və Vergi Məcəlləsinə eyni adda dəyişikliyin edilməsi təklif olunur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 18-də keçirilən iclasında sözügedən komitənin sədri Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, təklif olunan dəyişikliyə əsasən, müvafiq qanunlarda “tərəflərə işləyən” sözlərindən sonra “habelə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olnan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı ilin mayın 1-dən 5 il müddətinə)” sözləri əlavə edilir.

Yəni, həmin sahə daha 5 il müddətinə Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunur.(Qafqazinfo)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır