yenicag.az
yenicag.az

Prezidentdən məcburi köçkünlərlə bağlı 2,5 milyonluq – Sərəncam

Prezidentdən məcburi köçkünlərlə bağlı 2,5 milyonluq – Sərəncam

Müəllif: Redaktor

Editor

9da8c99150bb004c82ac94261bdb8f3128Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti