Prezidentdən nazirlərə tapşırıq – Dəyişikliklər gözlənilir

Müəllif: Redaktor

Editor

Cenab Prezident2Gələn il Azərbaycan iqtisadiyyatında bir sıra maraqlı yeniliklər gözlənilir. Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsinin təsdiqlənməsi ilə bağlı fərmanında dövlət qurumlarına müxtəlif məsələlərlə bağlı tapşırıqlar verib.

Fins.az-ın məlumatına görə, dəyişikliklər, gömrük tariflərinə, bank əmanətlərinə, fermerlərə güzəştlərə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə və sair sahələrə aid olacaq.

Dövlət müəssisələrini borcları tənzimlənəcək

Belə ki, prezident Nazirlər Kabinetinə tapşırıbı ki, dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin və müəssisələrin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin.

Fermerlərə yardım mexanizmi dəyişəcək

Eləcə də dövlət başçısının tapşırığına görə, Nazirlər Kabineti kənd təsərrüfatı məhsullarının istehsalçılarına – fermerlərə dövlət büdcəsindən maliyyə yardımının verilməsi qaydalarının təkmilləşdirilməsi, ayrılmış vəsaitin istifadəsi zamanı şəffaflığın və səmərəliliyin artırılması sahəsində təkliflərini iki ay müddətində hazırlayıb təqdim etməlidir. Söhbət əkin sahələrinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, habelə mineral gübrələrin və herbisidlərin güzəştli qiymətlərlə satışına görə yardımlardan gedir.

Gömrük rüsumları artırılacaq

Fərmanda ən mühüm tapşırıqlardan biri gösrük tariflərinə aiddir. Qeyri-neft sektorunu inkişaf etdirmək istəyən hökumət gələn il daxili bazarı ciddi surətdə qorumaq barədə düşünür. Buna görə də Nazirlər Kabinetinə tapşırılıb ki, daxili bazarın stimullaşdırılması məqsədilə gömrük tariflərinin təkmilləşdirilməsi ilə bağlı tədbir görsün.

Daxili və xarici borclanma olacaq

Prezidentin tapşırığına görə, Maliyyə Nazirliyi büdcə qanununda təsdiqlənmiş daxili və xarici borclanmanın yuxarı həddi (limiti) çərçivəsində bazar konyukturasından asılı olaraq milli və xarici valyutada borclanmaya gedilməsi, o cümlədən dövlət istiqrazlarının buraxılışının həyata keçirilməsi üçün tədbirlər görməlidir.
Özəlləşdirmə prosesi sürətlənəcək

2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsi gözlənilir. Prezident İlhamm Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırıb ki, dövlət əmlakının özəlləşdirilməsinin və idarəetməyə verilməsi prosesinin sürətləndirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin. Eləcə də ƏMDK 2016-cı il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi ilə bağlı özəlləşdirilmədən daxilolmalar üzrə nəzərdə tutulmuş proqnozun tam məbləğdə büdcəyə təmin edilməsi üçün təsirli tədbirlər görməlidir.

Əmanətlərin qorunması prosesi dəyişəcək

Fərmanda dövlət başçısının bank sektoru üzrə tapşırıqları da yer alıb. Belə ki, Mərkəzi Bankına tapşırılıb ki, bank sektorunun sağlamlaşdırılması və onun maliyyə dayanıqlılığının gücləndirilməsi, habelə əhalinin əmanətlərinin qorunması sisteminin möhkəmləndirilməsi sahəsində təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etsin.

Məcburi köçkünlərə yardım mexanizmi dəyişəcək

Gələn il Qaçqına və Məcburi köçkünlərə verilən yardımların meanizmi dəyişəcək. Fərmanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, məcburi köçkünlərə maliyyə və digər yardımların verilmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb təqdim etsin. Böyük ehtimalla burada söhbət yardım üçün çəkilən xərclərin optimallaşdırılasından gedəcək.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir