Yazı İçi 468×60

1466575441_ilNardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu silinib.

APA-nın məlumatına görə, bu barədə Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, elektrik enerjisinin ödənişində problemlər olub: “Əvvəllər elektrik enerjisindən istifadəyə görə ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir”.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu yaranıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."