Yazı İçi 468×60

14653733421519231754_1000x669Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Sərəncamı şərh edib.

Sənəddə qeyd olunur ki, ölkə iqtisadiyyatının bütün sferaları üzrə həyata keçirilən islahatların səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin edilməsi məqsədilə vergi sistemində də dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata keçirilib.

Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həcminin sahibkarlar üçün gəlirlərin atması deməkdir.

Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsini sürətləndirmək və effektivliyi təmin etmək üçün Prezident Nazirlər Kabinetinə 3 ay vaxt verib. Bu müddət ərzində Nazirlər Kabineti aktların yeni vergi Qanununa uyğunlaşdırılması barədə təkliflərini dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılması barədə Prezidentə məlumat verməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılmasının beş ay müddətində həyata keçirilməsinə də Nazirlər Kabineti nəzarət etməli və ölkə Prezidentinə məlumat verməlidir. Bu normativ aktların Qanuna uyğunlaşdırılmasını isə Ədliyyə Nazirliyi həyata keçirəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."