!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentdən yeni qanun layihəsi – Təşəbbüs

!Reklam – Yazi

axar.az1389626134ilhamMagistrlərə və doktorantlara möhlət hüququ veriləcək.

Bu barədə millət vəkili Zahid Oruc məlumat verib. O bildirib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub: “Təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur.

Qüvvədə olan qanunvericilik aktının 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlar deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, Azərbaycanda elm və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması prezidentin yeni təhlükəsizlik siyasətinin tərkib hissəsidir: “Ordu peşəkarlardan ibarət olmaqla bərabər alimlər də elm səngərində döyüşməyə hazılanmalıdılar. Hər il daha çox qocalan elm adamlarımızın orta yaşı 55-dən yuxarı idi. 30 yaşlı gənc alim tapmaq Sokratın məlum axtarışlarına bənzəyirdi. Orta məktəblərimizdə tədrisi aparan müəllim korpusunun 90 faizi xanımlardan ibarət idi.

Magistr pillləsində də eyni tendensiya gedirdi və elmin ağır yükü qadınlarımızın zərif çiyinləri üzərinə qoyulurdu. Nəhayət, dövlət rəhbəri tərəfindən özünün əhəmiyyətinə görə misilsiz olan belə bir addım atıldı.

Milli Məclis gələn həftə layihəyə baxacaq və plenar iclasa çıxararaq qəbul edəcək. Ümidvarıq ki, qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkün olacaq və Təşkilat-səfərbərlik idarəsi qüvvəyə minəcək yeni müddəaları rəhbər tutacaq”.

Qeyd edək ki, mayın 17-sində Milli Məclisdə qəbul edilmiş “Elm haqqında” qanunda magistr və doktorantlar hərbi xidmətdən möhlət hüququndan məhrum edilmişdi. Qanun layihəsinin müzakirəsi zamanı bir sıra millət vəkilləri məsələyə etiraz etmişdilər.

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv