!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentə ağır itki: bibisi oğlu vəfat etdi

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bibisi oğlu dünyasını dəyişib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bibisi oğlu Mehmet Aydoğan 2 ay əvvəl böyrək nəqli əməliyyatı keçirtdiyi Ege Universiteti Tibb Fakültəsinin klinikasında vəfat edib.

Uğurlu böyrək nəqli əməliyyatından sonra evə buraxılan Aydoğan bir neçə gün əvvəl hərarətinin yüksəlməsi səbəbindən təkrar həmin klinikaya yerləşdirilmişdi. Reanimasiya şöbəsində saxlanılan Aydoğan bu gün saat 09-30-da dünyasını dəyişib.

Bu barədə danışan AKP İzmir millət vəkili Hamza Dağ böyrək nəqlindən sonra Aydoğanı xəstəxanada ziyarət etdiyini bildirib:

“Vəziyyəti yaxşı idi. Mənə prezidentimizlə bağlı uşaqlıq xatirələrindən, Kasımpaşada keçən günlərdən danışdı. Bir neçə gün əvvəl onun yüksək hərarətlə yenidən xəstəxanaya gətirildiyini öyrəndim. Bu gün səhər-səhər vəfat edib. Cənazə İstanbula göndərildi”.

Yeniçağ.Az

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv