!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentə əfv siyahısı təqdim olundu – Adlar-Yenilənib

!Reklam – Yazi

122873_res_01

İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrup tərəfindən həbsdə olan şəxslərlə bağlı 24 nəfərlik siyahı hazırlanıb.
Bu barədə APA-ya məlumat verən Dilarə Əliyeva adına Qadına Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, hazırlanmış siyahı Prezident yanında Əfv Komissiyasına təqdim edilib: “Siyahıda bir çox tanınmış şəxslərin adı var. Biz siyahını komissiyaya təqdim etmişik. Həmin siyahı prezidentə də təqdim ediləcək. Biz siyahıda adları olan şəxslərin əfv olunmalarını istəyirik”.
N. Cəfəroğlu qeyd edib ki, Əfv Komissiyaya təqdim olunan siyahıda Tofiq Yaqublu, İlqar Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Yadigar Sadıqlı və digər şəxslərin adı var.

***

Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası başa çatıb.

İclasda hazırda həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı hazırlanıb. Siyahı Azərbaycan prezidentinə təqdim olunacaq. Prezidentdən həmin şəxslərin çəkilməmiş cəzalarının əvf edilməsi xahiş olunacaq.

Həmin şəxslər arasında hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, jurnalist Pərviz Həşimli, REAL-ın rəhbəri İlqar Məmmədov, “Seçki” Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədovun və başqalarının adları var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı Azərbaycan prezidentinə təqdim olunub (“Report”).

www.yenicag.az

1091
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv