!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentə təbriklər gəlməkdə davam edir

!Reklam – Yazi

2EABE21E-66A3-4CC2-B2C4-D2F95EnHindistan prezidenti Pranab Mukherci Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

P. Mukhercinin məktubunda deyilir:

“Milli bayramınız – Respublika Günü münasibətilə sizə, Azərbaycan Respublikasının xalqına və hökumətinə Hindistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Hindistan və Azərbaycan sıx tarixi və mədəni əlaqələrə əsaslanan dostluq və səmimi münasibətlərə malikdir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrimiz xalqlarımızın qarşılıqlı mənafeyi naminə inkişaf etməkdə davam edəcək. Hindistan Azərbaycanla çoxşaxəli əlaqələrin daha da güclənəcəyinə ümid bəsləyir. Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycan xalqına inkişaf və firavanlıq arzularımı çatdırıram. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.

Dövlət başçısını həmçinin Monteneqro prezidenti Filip Vuyanoviç və Meksika prezidenti Enrike Penya Nieto təbrik edib.

 

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv