!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentə yaxın şəxslərin həbsinə razılıq verildi

!Reklam – Yazi

скачанные файлыİspaniya məhkəməsi prezident Vladimir Putinin ətrafındakı yüksək vəzifəli məmurların da olduğu mafiya sxemləri ilə bağlı olan bir neçə rusiyalının həbsinə beynəlxalq order verib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, günahkarlar arasında general və baş nazirin keçmiş müavini də var. Bundan əlavə, həmin dəstədə Vladimir Putin hakimiyyətindəki dairələrin nümayəndələrinin də olduğu vurğulanır.

Məlumatda qeyd edilir ki, “Tambov” və “Malişevski” mafiya qruplarının işi ilə məşğul olan hakim Xose de la Matanın fikrincə, təqsirləndirilən bütün şəxslər ağır cinayətlərdə ittiham olunurlar.
İspaniya xüsusi xidməti 2008-ci ildə mafiya qruplarının nümayəndələrinin saxlanılması üçün əməliyyat keçirib. Nəticədə iki kriminal avtoritet və daha 20 nəfər həbs edilib. Uzunmüddətli araşdırmalardan sonra müəyyənləşdirilib ki, mafiya şəbəkəsi daha böyükdür və Rusiya hakimyyət dairələrinə çıxışları var.

İstintaq zamanı hakim de la Mata Vladislav Reznikin həbsinə order verib. O, Rusiyanın siyasi maliyyə aləmində, hakimiyyət, o cümlədən Piutinə yaxın dairədə iri fiqur hesab olunur.
Bundan əlavə, İspaniya məhkəməsi Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairəsi üzrə rəisi olan Nikolay Aulova da iddia irəli sürüb. İstintaqla müəyyən edilib ki, mafiya xeminin rəhbərləri bu yüksək vəzifəli məmurdan Rusiyanın ali inzibati instansiyalarında tədbirlərin həyata keçirilməsində istifadə edilib.

Leonid Xristoforovanın həbsinə oder isə onun Aulovla əlaqəli fəaliyyətinə görə verilib. Hakimin bildirdiyinə görə, həbs olunanların arasında Rusiya prokurorluğu yanında İstintaq komitəsinin sədr müavini İqor Sobolevski də var.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv