!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidenti çılpaq vəziyyətdə qarşıladı - FOTO,VİDEO

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin futbol üzrə milli komandasının dünən Finlandiya ilə keçirdiyi oyundan əvvəl “Ay-ulduzlular”ı ziyarət edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan komandanın soyunub-geyinmə otağına gələrək, futbolçuları qələbəyə ruhlandırıb.

Ərdoğan milli komandanın baş məşqçisi Fatih Terim və komandanın bütün heyəti ilə əl sıxaraq görüşüb. Prezident millinin üzvləri Selçuk İnan, Arda Turan, Mehmet Topal, Okay Yokuşlu ilə qısa söhbət edib.

Dövlət başçısının soyunub-geyinmə otağını ziyarəti zamanı maraqlı vəziyyət yaranıb. Prezident içəri girdiyində formasını geyməyə imkan tapmayan futbolçu İsmail Köybaşı gülməli duruma düşüb. Ərdoğanı qəfil qarşısında görən Köybaşı maykasını sinəsinə tutaraq, prezidentlə o vəziyyətdə görüşüb. Futbolçunun bu maraqlı anları sosial şəbəkələrdə geniş maraq doğurub.

Qeyd edək ki, Türkiyə millisi dünənki oyunda Cenk Tosunun vurduğu qollarla Finlandiya yığmasını 2-0 hesabı ilə məğlub edib.

Yeniçağ.Az

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv