Prezidentin 11 yaşlı oğlu BMT-nin iclasında-FOTO

Müəllif: Redaktor

Editor

lukaseoonkoBMT Baş Assambleyasının 70-ci iclasında iştirak etmək üçün Nyu-Yorka gələn Belarus nümayəndə heyətinin tərkibində ölkə prezidenti Aleksandr Lukaşenkonun oğlu da olub.

11 yaşlı Nikolay Lukaşenkonun iclas zalında çəkilən fotosunu “Guardian” qəzetinin müxbiri Şon Uoker yayımlayıb.

Aleksandr Lukaşenko oğlu ilə birgə Nyu-Yorkda 11 sentyabr qurbanları üçün ucaldılan xatirə abidəsini də ziyarət edib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır