!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin Almaniya səfərinin KODLARI – Şərh

!Reklam – Yazi

 

3CD5D8A5-B199-4F37-8055-1D1A1431659B_mw1024_s_nPrezident İlham Əliyevin Almaniyaya səfəri, orada keçirdiyi görüşlər, verdiyi bəyanatlar Azərbaycan hakimiyyətinin qətiyyətli xarici siyasət yürütdüyünün göstəricisidir.

Səfərin siyasi və iqtisadi nəticələri birazdan özünü göstərəcəkdir. İlham Əliyevin Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri ilə görüşündə böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bundan başqa Almaniya İqtisadiyyat və Energetika Nazirliyində Azərbaycan-Almaniya biznes forumu keçirilib. Cənab Prezident görüşlər zamanı Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rola diqqət çəkib. Əlbəttə ki, enerji sektorunda alternativliyi qorumaq üçün Avropanın mütləq Azərbaycana ehtiyyacı vardır.  “Cənub Qaz Dəhlizi” layihəsinin üstünlüyü təkcə marşrutların deyil, həm də tədarük mənbələrinin şaxələndirilməsi imkanıdır. Hər iki tərəf Azərbaycan qazının Avropaya nəqlində maraqlıdır, lakin təəssüflər olun ki, Qərb imkanlarından lazımınca istifadə etmir. Ümumiyyətlə, keçmiş SSRİ dövlətləri ilə münasibətdə qətiyyətli Rusiyanın, qətiyyətsiz və sona qədər getməyən Qərbin şahidiyik.

Siyasi məsələlərə gəldikdə isə, Almaniya ATƏT- in üzvüdür və iyun danışıqlarından əvvəl İlham Əliyevin Merkellə görüşməsi olduqca vacib idi. Lakin, eyni zamanda nə Almaniya, nə də digər hansısa xristian dövləti münaqişənin nizamlanmasında bizim xeyrimizə heç bir addım atmayacaq. Almaniyanın Türkiyə qarşı son vaxtlar yürütdüyü siyasət göz qabağındadır.

Təbii ki, İlham Əliyev ilə A. Merkel Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. Lakin münaqişənin tənzimlənməsinin açarı nə Almaniyadadır, nə də ATƏT – də. Xanım Merkel də münaqişənin tənzimlənməsinin əsas açarının Rusiyada olduğunu bildirdi. Azərbaycan Prezidenti aprel döyüşlərindən danışarkən, A.Merkelə və bütün dünya ictimaiyyətinə çatdırmaq istədi ki, qoşunların təmas xəttində vəziyyət çox kövrəkdir və istənilən halda münaqişə aktiv hərbi mərhələyə keçə bilər. Cənab Prezident Azərbaycan ordusunun aprelin əvvəlində  uğurlu hərbi əməliyyat keçirdiyini bildirməklə, demək istədi ki, əgər dünya ictimaiyyəti Ermənistanı güzəştlərə vadar etməsə o zaman aprel hadisələri təkrarlana bilər.

Dünya gücləri bilməlidirlər ki, Azərbaycanın hissləri ilə oynamaq olmaz və əgər müharibə başlayarsa bu qlobal xarakter alacaq. Ona görə də iyun danışıqlarında erməniləri konstruktivliyə vadar etməlidirlər. Lakin əfsuslar olsun ki, mən görüşlərdən nəticə gözləmirəm. Bu münaqişənin bir həlli yolu var. Sülh danışıqları ilə xristian blokunun bizə torpaqları qaytarması qeyri – mümkündür.

Zaur Məmmədov

Siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv