!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezidentin jurnalistlərlə bağlı fikirləri həm də məmurlara mesajdır” – Əliməmməd Nuriyev

!Reklam – Yazi

“Daha 255 jurnalistin mənzillə təmin olunması çox müsbət hadisədir”.

Bu fikirləri Yenicag.Az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib:

“Təbii ki, dövlət başçısının təşəbbüsü ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar təqdir olunmaldır. O baxımdan, 2013-cü ildə 155, ötən gün isə daha 255 jurnalistin mənzillə təmin olunması çox müsbət hadisədir.

Mən burada diqqəti Prezident İlham Əliyevin həmin mərasimdə səsləndirdiyi bəzi fikirlərə yönəltmək istəyirəm. O fikirlərin arasında diqqəti daha çox cəlb edən “jurnalistlər mənim köməkçilərimdir” ifadəsi oldu.

Sözsüz ki, dövlət başçısının bu ifadəsi onun jurnalistlərə yüksək münasibətinin göstəricisi olmaqla yanaşı, həm də məmurlara bir mesaj idi.

Yəni dövlət başçısı bu sözləri deməklə, bəzi məmurları mediaya münasibətlərini dəyişməyə çağırdı. Yəqin ki, nəzərdə tutulan məmurlar bu mesajdan nəticə çıxaracaqlar.

Mən evlə təmin olunmuş jurnalistləri təbrik edir, onlara uğurlar arzulayıram”.

Yenicag.Az

www.yenicag.az

884
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv