!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin komitə sədri təyin etdiyi şəxs kimdir? – Sərəncam

!Reklam – Yazi

prezident_aliyev_ilhamAzərbaycan Prezidenti İlham ƏliyevTahir Yaqub oğlu Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqındaSərəncam imzlayıb.

Sərəncama əsasən,Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, Tahir Budaqov Nizami rayonunun İcra Hakimiyyətinin başçısı idi.

***

Budaqov Tahir Yaqub oğlu 1965-ci il yanvarın 1-dəAzərbaycan RespublikasıNaxçıvan MR-inNaxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

O, 3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının idarə heyətinin sədridir.

Evlidir, 3 övladı var.

 

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv