yenicag.az

Prezidentin ofisinə hücum edildi – FOTOLAR

Prezidentin ofisinə hücum edildi – FOTOLAR

Müəllif: Redaktor

Editor

Makedonya'daki siyasetçilere yönelik hukuki işlemlerin durdurulması kararı alan Cumhurbaşkanı Gyorge İvanov'un istifasını isteyen vatandaşlar, başkent Üsküp'te protesto düzenledi. Vatandaşlar, iktidardaki İç Makedon Devrimci Örgütü-Makedonya'nın Ulusal Birliği Demokratik Partisi (VMRO-DPMNE) Genel Merkezi'ne doğru yürüdü. Polis göstericilerin VMRO-DPMNE Genel Merkezi'ne yürümesini engelledi.  ( Ilin Nikolovski - Anadolu Ajansı )

Makedoniyanın paytaxt Skopyedə küçələrə çıxan nümayişçilər George İvanovun istefasını tələb edən şüarlar səsləndiriblər. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, etirazçılar prezidentin ofisinin şüşələrini qıraraq mebelləri yandırıblar.

Etirazların ikinci günündə 12 nəfər saxlanılıb. Məlumatda qeyd edilir ki, ölkədəki siyasətçilərə qarşı hüquqi əməliyyatların dayandırılmasını qərarı alan prezident İvanovun istefasını istəyən nümayişçilər, Ədliyyə Nazirliyinin binasının da şüşələrini sındırıblar.

Axşam saatlarında ilk olaraq Xüsusi Səlahiyyətli Prokurorluq binası qarşısında toplanan minlərlə nümayişçi, buradan prezidenti yanında xalq ofisinin qabağına yeriyib. Ofisdəki sənəd və bəzi əşyaları çölə çıxaran nümayişçilər, sonra onları yandırmağa başlayıblar.

Ədliyyə Nazirliyi önündəki hadisələrdən sonra hakimiyyətdəki Makedonyanın Milli Birliyi Demokratik Partiyasının (DPMNE) ümumi mərkəzinə doğru irəliləyən etirazçılara polis mane olmağa çalışıb.

Hadisə zamanı çox sayda yaralı və saxlanılanın olduğu, hüquq-mühafizə orqanlarının hətta etirazı təqib edən mətbuat nümayəndələrinə də müdaxilə etdiyi bildirilib.

Prezident İvanov açıqlamasında ölkədəki siyasi böhranın həlli üçün siyasətçilər haqqında daha əvvəl başlanılan hüquqi prosedurları dayandırmaq qərarı aldığını bildirib.

Maraqlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti