Prezidentin qaynanasını qaçırdılar – ŞOK

Müəllif: Redaktor

Editor

f-1.az_2016-07-26_06-38-53Braziliya mətbuatının verdiyi xəbərə görə, qadın San Pauluda qaçırılıb və onun qaytarılması üçün tələb edilən məbləğ 120 milyon Braziliya realıdır (36,5 milyon ABŞ dolları).

Tələb olunan məbləğ Braziliya tarixindəki ən böyük məbləğdir. Qaçırılan Aperiside Şunk Formula1-in kommersiya başçısı Berni Ekklstounun 3-cü arvadı Fabiana Flozinin anasıdır. Cütlük 2009-cu ildə Braziliya Qran Prisində tanış olmuş, 2012-ci ildə evlənmişdi.

Qeyd edək ki, belə bir hal Berninin başına ilk dəfə gəlmir. 2012-ci ildə Martin Pekham Ekklstouna 200 min funt sterlinq verməsə qızı Tamaranı qaçıracağını bildirmişdi. O, bu hədəyə görə 5 il azadlıqdan məhrum edilmişdi.(F-1.az)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır