!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin təhsil islahatına müxalifətdən dəstək, təhsil ekspertindən isə…

!Reklam – Yazi

imagesVurğun Əyyub: “İlin ən yaxşı müəllimi və təhsil müəssisisi nominasiyaları uğursuz və lazımsız layihələr olub”

Vahid Aslan: “Onun aradan götürülməsilə ortalıqda boşluq yarandı”

Azərbaycan prezidenti İlham Əliyev “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının ləğv edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb. Beləliklə sərəncama əsasən ilin ən yaxşı müəllimi və təhsil müəssisisi üçün nəzərdə tutulan vəsait hər il təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.

Yenicag.az-a açıqlamasında təhsil üzrə ekspert, TQDK-nın sabiq sədri Vurğun Əyyub əvvəldən də ilin ən yaxşı müəllimi və ən yaxşı təhsil müəssisəsi nominasiyalarının tətbiqi əleyhinə olduğunu söylədi. Eyni zamanda həmin məsələyə ayrılan vəsaitin indi inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldilməsinə də müəyyən qədər şübhə ilə yanaşdı: “İlin ən yaxşı müəllimi və ilin ən yaxşı təhsil müəssisisi nominasiyaları çox uğursuz layihələr olub. Nəinki uğursuz, həm də lazımsız layihələrdir. Həmin layihələr sadəcə olaraq spekulyativ amillər üçün imkanlar yaradırdı. Bu əsasda da həmin layihənin ləğv edilməsi tərəfdarıyam. Bunun əvəzində həmin vəsaitlərin təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldilməsi tamam başqa bir məsələdir. Bu qrant vəsaitləri necə, kim tərəfindən veriləcək? Azərbaycanda bir sıra hallarda mənasız layihələrə qrant vəsaitlərinin ayrılması hamının gözü qarşısında baş verib. Bununla belə arzu edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələri deyilən məqsədlərə yönəldiləcək”.

Təhsil eksperti Vahid Aslan isə ümumiyyətlə ilin müəllimi və təhsil müəssisəsi nominasiyalarının saxlanılması tərəfdarıdır: “İlin ən yaxşı müəllimi və ilin təhsil müəssisəsi layihəsinin dayandırılması fikrimcə doğru addım deyildi. Həmin layihələrin dayandırılması tərəfdarı deyiləm. Ola bilsin ilin müəllimi və təhsil müəssisəsinin seçilməsi zamanı bir sıra hallarda mexanizm düzgün işləməyib, subyektivliyə yol verilib. Yəni ola bilsin bir sıra hallarda həmin nominasiyalara daha layiq olan müəllim və təhsil müəssisələri kənarda qalıblar. Ancaq bununla belə həmin layihə təhsildə müəyyən bir stimul yaradırdı. Tanıdığım bir sıra müəllimlər var idi ki,həmin uğura imza atmaq üçün səmimi qəlbdən çalışır, öz üzərində ciddi işləyirdi. Bu addım müəllimi uğura aparan yolda həvəsləndirici vasitə rolunu oynayırdı. Ona görə də həmin layihə qalsa daha yaxşı olardı. Onu saxlayıb, ancaq bir qədər mexanizmi nəzarət altına almaq lazım idi. İndi onun aradan götürülməsilə ortalıqda boşluq yarandı”.

ELÇİN

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv