!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin yeni köməkçisi açıqlama yaydı

!Reklam – Yazi

natiq -emAzərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi asçıqlama yayıb.

Açıqlamada bildirilir ki, prezidentin tapşırığına əsasən, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə tədbirlərin həyata keçirilməsi davam etdirilir. İqtisadiyyatın, o cümlədən regionların davamlı və tarazlı inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi tərəqqisinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir. Bu siyasətin həyata keçirilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənib. Hazırda bu sahədəki siyasət sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsinin, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib.

Açıqlamada bildirilir ki, prezidentin sahibkarların hüquqlarının qorunması istiqamətində atdığı növbəti addım dövlət başçısının 2016-cı il 3 fevral tarixli Fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasıdır. Həmin Fərmanın qəbul edilməsində məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsinə imkan yaratmaqdır.
“Fərmanın qəbul edilməsindən sonra sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, mərkəzi icra hakimiyyəti orqanının və onun yerli (struktur) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına müraciət edə biləcəklər.

Bundan əlavə, sahibkarlar yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət edəcəklər”.

Açıqlamada qeyd olunur ki, həmin islahatın nəticəsində yerli icra hakimiyyəti və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyəti bir qədər də artıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamədə Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunan nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etmək hüququnun, şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi barədə arayış almaq hüququnun və Şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq, nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görmək hüququnun təsbit edilməsi bunun bariz nümunəsidir.

“Ümumiyyətlə, sahibkarların hüquqlarının qorunması fonunda ölkə Azərbaycan Prezidentinin həyata keçirdiyi islahat sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək, sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı, insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaqdır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti görülmüş və görüləcək işlər barədə məlumatları mütəmadi olaraq KİV-lər vasitəsilə ictimaiyyətə çatdıracaq”.

Qeyd edək ki, prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bir neçə gün əvvəl bu posta təyinat alıb.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv