Yazı İçi 468×60

İyad MadaniXəbər verdiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Madani istefa verib. Onun istefası ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bunlardan biri Tunis prezidenti ilə zarafat etməsi göstərilir.

Məlumata görə, ötən həftə cümə axşamı Madani Tunisdə keçirilən mətbuat konfransı zamanı prezident Beci Kaid əs Sebsini səhvən əs-Sisi adlandırıb. Danışığında kobud səhvə yol verdiyini anlayan Madani öz səhvini düzəltmək istəyib və Tunis prezidentinə müraciət edərək bildirib: “Cənab prezident, mən əminəm ki, sizin soyuducunuzda yalnız su yoxdur”.

Bununla Madani Misir prezidentinin bu yaxınlarda Şarm əl-Şeyxdə keçirilən gənclər forumunda çıxışını ələ salıb.
Sisi forumda deyib ki, onun soyuducusunda “10 il ərzində yalnız su olub”.

Zarafatı ilə Misir prezidenti gənc sahibkarları ölkə iqtisadiyyatında çətin duruma baxmayaraq xaricdən gələcək köməyə deyil, öz güclərinə inandırmağa çalışıb.

Bu zarafat birmənalı qarşılanmayıb. Nəticədə siyasi qalmaqala səbəb olan İyad Madani vəzifəsindən istefa verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."