Ads by Google

hightechnic
Ads by Google

eliyevle sarkisyan gorusuAzərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər.

Bu barədə Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bildirib.

Səfirin sözlərinə görə, Qarabağ kimi münaqişələri `qaynar` yox, `soyuq` formada həll etmək üçün danışıqlar lazımdır: “Məhz ATƏT-in Minsk qrupunun hədəfi də budur. Əminəm ki, danışıqlar başlayan zaman tərəflərin bir-birilərini anlaması üçün zəmin yaranır. Əgər biz bir-birimizi anlayırıqsa, onda əlavə elementlər meydana çıxır. Mən əminəm ki, bu doğru olan yeganə yoldur. “Qaynar” mərhələyə keçilmədən danışıqlar”.

Sonuncu dəfə ötən ilin dekabrın 19-da İsveçrənin paytaxtı Berndə görüşən prezidentlərin Minks görüşü baş tuta bilərmi?

Politoloq Arzu Nağıyev hesab edir ki, Belarusun Ermənistandakı səfiri tərəflərlə və ATƏT-in Minsk qrupu ilə razılaşdırmadan belə bir bəyanat verə bilməz.

“Məhz buna görə də rəsmi açıqlamanı gözləmək lazımdır. Qaynar və ya soyuq dedikdə isə onlar atəşkəsin pozulmasını nəzərdə tuturlar. Digər tərəfdən görüşün olması da istisna deyil. Çünki hər gün atəşkəs pozulur, erməni tərəfi isə məsuliyyətsiz bəyanatlar verir. Bu baxımdan danışıqlara getməyə dəyər.

Lakin yenə konkret nəticələr deyil, sadəcə deklorativ bəyanatlarla ATƏT tərəfindən çıxışlar edilərsə, bu görüşlərin də mənası olmayacaq. Məlumdur ki, Azərbaycan tərəfi ilk şərt kimi ərazi bütövlüyünü irəli sürür və münaqişənin həllini Madrid prinsipləri çərçivəsində həll etməyə razıdır. Azərbaycan heç bir dövlətin ərazisini zəbt etməyib, əksinə təcavüzə və təxribata məruz qalıb”, – deyə A. Nağıyev bildirib.

Hazırda geosiyasi vəziyyətin həddən artıq gərgin olduğunu qeyd edən politoloq hesab edir ki, problemin sülh yolu ilə həlli müsbət hal olsa da, güc nümayiş etdirməklə də erməniləri sülh masasına oturtmaq mümkündür.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."