Prezidentləri canlı bombadan belə qoruyurlar – Foto

Müəllif: Redaktor

Editor

canli-bombayi-30-metreden-tespit-eden-teCanlı bombanı 30 metr məsafədən aşkarlayan texnologiya dünya ölkələrində geniş yayılır. Artıq yeni texnologiya Türkiyəyə də gətirilib.

İngiltərə dövləti canlı bombanı aşkarlayan cihazı hazırlayan şirkətin 75 faiz hissəsinə sahibdir. Dünyada 5 ildir istifadə edilən cihaz “Mirtle” adı daşıyır. Məlumata görə, firmanın hazırladığı cihaz ABŞ prezidenti Barak Obamaya, İngiltərə Baş naziri David Kemerona qədər bir çox dövlət adamını qorumaq üçün də istifadə edilir. Ard-arda yaşanan canlı bomba hücumlarından sonra elm adamları bu cür aktivistləri 30-40 metrdən təyin edən cihaz ixtira edib. Cihazın üstün cəhətlərindən biri də polisə siqnal göndərməsidir.

Radio dalğalar vasitəsilə insanların üzərində, ya da çantasındaki silah və bomba kimi cisimləri yaddaşında analiz edən cihaz təhlükə anında polisə siqnal və görüntü göndərək xəbərdar edir. Cihazı dövlət qurumları istifadə edir, özəl sektorun ondan siitfadəsi qadağandır. Bildirilir ki, cihaza narkotik tanıma sistemi də yüklənəcək. ABŞ prezidenti Barak Obama tədbirə getməzdən öncə tədbirə toplaşan insanlar bu texnologiya ilə axtarılır. Cihazın satış qiyməti 200 min dollardır. Sistemi ixtira edən ingilis fizika professoru Nick Bovring, inkişaf etdirən isə Carl Cagliarinidir. Şirkət Türkiyədə də istehsal müəssisəsi açmaq üçün investisiya yatırmağı düşünür.(Cebhe.info)

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır