!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezidentlərin Bakı Sammiti İlham Əliyevin nüfuzunun bariz göstəricisi idi”

!Reklam – Yazi

13883722_819591174809161_494390654_n“Prezidentlərin Bakı Sammiti İlham Əliyevin nüfuzunun bariz göstəricisi idi”

Ötən həftə “Ağ yol”da ən çox müzakirə olunan mövzular

MDB-də ən böyük İnternet Hərəkatı olan “Ağ yol”un “Facebook”dakı səhifə və qruplarının üzvlərinin sayı artmaqda davam edir.

24 saat ərzində operativ fəaliyyət göstərən “Ağ yol” da avqust aynın ilk on günündə ən çox müzakirə olunan mövzulardan biri Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin ayın 8-də Bakıya səfərləri olub. Yazılan şərhlər və paylaşımlar üzərində aparılan müşahidələr, təhlillər göstərir ki, prezidentlərin Bakı səfəri Azərbaycanın güclü geosiyasi və geostrateji mövqeyinin olmasını bir daha təsdiqləyir. Eyni zamanda ölkə başçısının apardığı balanslı siyasətin effektiv nəticəsini ortaya qoyur. Həm Vladimir Putin, həm də Həsən Ruhani keçirdikləri brifinqdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğuladılar və ölkəmizlə hərbi, iqtisadi, siyasi sahədə əməkdaşlıq edəcəklərini qeyd etdilər. Prezidentlərin birgə Bakı bəyannaməsi ölkəmizin regional siyasi və iqtisadi proseslərdə həlledici rol oynadığını sübut etdi.

Ən çox müzakirə olunan mövzulardan biri də Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd və ondan sonra yaşanan olaylarla bağlı idi. Bu mövzudada edilən paylaşımlar, yazılan şərhlər başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, hakim AKP iqtidarına, bir sözlə, Türkiyə dövlətinə dəstəyi özündə ehtiva edib. Səhifə izləyiciləri kənar qüvvələrin Türkiyədə xaos yaratmaq cəhdlərini birmənalı pisləyib, dövlətin güclənməsi üçün vətəndaş həmrəyliyinin qorunmasının vacibliyini vurğulayıblar.

“Ağ yol” səhifə və qrupunda müzakirə olunan digər məsələlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri, həmçinin idmançılarımızın Braziliyada keçirilən yay olimpia yarışlarındakı iştirakı ilə bağlı olub.
Qeyd edək ki, yarandığı gündən fəallığı ilə seçilən və müzakirələrə açıq olan “Ağ yol” səhifəsində gün ərzində bir-birindən maraqlı ictimai, siyasi, iqtisadi xəbərlər, ölkəmizdə və dünyada baş verən yeniliklər, aforizmlər, tarixi şəxsiyyətlərin həyatlarından bilgilər, elm və təhsillə bağlı məlumatlar, məntiqi suallar paylaşılır.
Ağ Yol” Vətəndaş Hərəkatı 01 iyul 2013-cü il tarixində yaranıb. Bu müddət ərzində “Ağ Yol” ilk növbədə bir internet hərəkatı kimi formalaşmış və sürətlə yüzminləri əhatə edən virtual məkana çevrilib.

“Ağ Yol” Vətəndaş Hərəkatının mətbuat xidməti
Telefon: (070) 950-99-78

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv