!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentlərin görüşündən nəticə gözlənilir? – Ekspertlər şərh edir

!Reklam – Yazi

images (1)Elşan Manafov: “Danışıqlar perspektivdə də problemin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün müəyyən bir ümid vermir”

Elxan Şahinoğlu: “Həmsədrlərin Bern görüşünün yekununa uyğun olaraq yaydıqları bəyanatda nəsə ümidverici cümlə yoxdur ki…”

Ötən şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın İsveçrənin paytaxtı Bern şəhərində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə növbəti görüşü baş tutdu. ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, təkbətək görüş onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib.
Görəsən, ekspertlər bu görüşü necə dəyərləndirirlər?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında qeyd etdi ki, son danışıqlar da prosesin bu əsasda həllinə olan ümidləri daha da zəiflətdi: “Prezidentlərin Bern görüşünə qiymət verməli olsaq, görüşdən sonra mətbuat üçün yayılan açıqlamaların mahiyyətinə diqqət yetirmək lazımdır. Hər iki tərəf bəyan etdi ki, gələn il də danışıqların Minsk qrupu formatında davam etdirilməsi məqbuldur. Bu baxımdan da Minsk qrupu həmdədrlərinə danışıqlar prosesini davam etdirmələri və müvafiq təkliflərlə çıxış etmələri tövsiyyə olundu. Digər tərəfdən, tərəflər arasında təmas xəttində gərginliyin artması göstərir ki, bu, artıq tərəfləri müəyyən addımlar atmağa sövq edəcək. Bu baxımdan güman edirəm ki, perspektivdə Azərbaycanla Ermənistan arasındakı təmas xəttində gərginliyin yüksələn xəttlə artmasının qarşısını almaq üçün yəqin ki, danışıqların müəyyən səmərəsi olacaq. Hərçənd baş tutmuş son danışıqlardan sonra da Ermənistan tərəfindən atəşkəsin yenə də pozulması onu göstərir ki, işğalçı ölkə Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi İrəvan immitasiya xatirinə danışıqları davam etdirir. Bütün danışıqların gedişində Ermənistanın prosesə sayğısızlığı da göz qarşısındadır. Güman edirəm, perspektivdə də danışıqların məhz Minsk qrupunun formatı çərçivəsində davam etdirilməsi problemin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün müəyyən bir ümid vermir. Minsk qrupunun formatında ciddi islahatlar aparılmalıdır. Çünki baş verən hadisələr göstərdi ki, Minsk qrupunda təmsil olunan dövlətlər münaqişəyə neytral mövqedən yanaşmırlar. Rusiya və Ermənistan prezidentlərinin münasibəti göz qabağındadır. Qondarma erməni soyqırımı hadisəsinin 100 illiyilə bağlı hər iki tərəfin dövlət başçısının İrəvanda keçirilən tədbirlərə qatılması göstərir ki, Moskva ilə Paris bu danışıqlarda məhz tərəf olaraq çıxış edir. Vaşinqtonda isə Ermənistan və qondarma rejimlə birlikdə humanitar yardım adı altında keçirilən tədbirlər, qondarma rejimin müdafiə naziri və prezidentinin ABŞ-da müəyyən rəsmilərlə danışıqlar aparması, Bakı ilə Vaşinqton arasında yaşanan gərginlik göstərir ki, gələn il də danışıqlarda hər hansı bir uğurun əldə ediləcəyinə, problemin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ümid etmək siyasi kontekstdə sadəlövhlükdən başqa bir şey olmazdı. Sadəcə olaraq, tərəflər arasında baş tutan son görüş Minsk qrupu həmsədrlərinin səyləri nəticəsində baş verdi. Güman edirəm ki, Azərbaycanın problemin danışıqlar yolu ilə həlli variantından imtina etməməsi beynəlxalq hüquq normalarına sayğı göstərdiyinin növbəti bir nümayişidir. Amma Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Ermənistan danışıqlara immitasiya xətrinə gedir. Güman edirəm ki, Ermənistanı və onun siyasətinə dayaq verən xaricdəki müəyyən dairələrə Azərbaycanın gücünü, güdrətini nümayiş etdirməyin artıq zamanı çatıb. Dünyada baş verən olayların kontekstində Azərbaycan gələn il münasib vaxtın yaranacağı təqdirdə problemin həlli istiqamətində hərbi variantla həlli nəzərdə tutan bu və ya digər addımları ata bilər. Bizə yalnız münasib zamanın yetişəcəyini gözləmək lazım gələcək”.

Politoloq Elxan Şahinoğlu da qeyd etdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü gözlənildiyi kimi nəticəsiz yekunlaşdı: “Bu görüş daha çox həmsədrlərə lazım idi. İlin sonudur, yekun hesabat hazırlamalıdırlar, birini öz nazirlərinə, digərini ATƏTrəhbərliyinə təqdim etməlidirlər. Yazmağa isə mövzu yox idi. Çünki, bir tərəfdən cəbhə bölgəsində vəziyyət gərgin, atəşkəsin mövcud olduğu 21 ildə ilk dəfə ağır texnikadan istifadə edilir, digər tərəfdən Bernə qədər Azərbaycan və Ermənistan prezidentlərini görüşdürə bilməmişdilər. Həmsədrlərin Bern görüşünün yekununa uyğun olaraq yaydıqları bəyanatda nəsə ümidverici cümlə yoxdur ki, 2016-cı ildə danışıqlarda irəriləyiş olacağını ehtimal edə biləsən. Məsələn bəyanatda yazıblar ki, prezidentlər ağır texnikanın istifadəsindən narahatdırlar. Bizim belə bir narahatlığımız niyə olmalıdır ki? Düşmən dövlətin Dağlıq Qarabağdan kənardakı postları vurulmalıdır və bu gələn il də davam edəcək. Yazırlar ki, prezidentlər guya “Minsk qrupu formatına inamlarını təsdiqləyiblər”. Bunun belə olmadığını Azərbaycan prezidentinin xarici siyasi məsələlər üzrə dövlət müşaviri Novruz Məmmədovun az qala hər həftə verdiyi açıqlamalarından da müəyyənləşdirmək mümkündür”.
ELÇİN

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv