Prezidentlərin Sankt-Peterburq görüşü başladı

Müəllif: Redaktor

Editor

1030407627Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü başlayıb.

Görüşdə prezidentlər İ. Əliyev və S. Sarkisyanın mayın 16-da Vyanada keçirilmiş görüşündə əldə olunan razılaşmaların, o cümlədən təmas xəttində baş verən insidentlərlə bağlı ATƏT-in araşdırma mexanizminin işə salınması və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların bərpasını müzakirə edəcək.

Qeyd edək ki, V. Putin əvvəlcə İ. Əliyev və S. Sarkisyanla ayrılıqda görüşüb.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır