Professor Məhəmməd Yunusa BAMF-ın Ali Mükafatı təqdim olunub

Professor Məhəmməd Yunusa BAMF-ın Ali Mükafatı təqdim olunub

Müəllif: Redaktor

Editor

657df88b-b78a-4f08-ac87-346d14fb8756Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Bakıya səfər etmiş Nobel Sülhmükafatı laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” ( The Banker to the Poor) kitabının Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib.

Qeyd edək ki, Professor Məhəmməd Yunus öz kitabının Azərbaycan dilinə tərcümə olunmuş ilk versiyasını imzalayaraq Azərbaycan Respublikası Prezidentinə hədiyyə edib. Bu kitab BAMF tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında baş tutan təqdimatda Milli Məclis, beynəlxalq təşkilat,xarici səfirlik , vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri iştirak edib.

Tədbiri açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi və bu kitabın dünya şöhrətli müəllif Məhəmməd Yunusun şəxsi iştirakı ilə Bakıda təqdimatının keçirilməsi əlamətdar hadisədir: “Kitabın tərcümə prosesi ilə yaxından məşğul olan insan olaraq deyə bilərəm ki, kitab istər yaradıcılıq, istərsə də professionallıq baxımından yeganə vəsaitlərdən biridir ki, bu kitabı oxuyan hər kəs həyatında dəyişikliyə ehtiyac olduğunu hiss edəcək ”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli qeyd edib ki, artıq bir neçə ildir , Azərbaycanda Nobel mükafatçıları ilə görüşün səmərəli ənənəsi mövcuddur: “Kasıbların bankiri” kitabı yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən aydınlığa doğru inkişafında insan amilinin maliyyə faktorundan üstün olması fikrini formalaşdırır”. “Kasıbların Bankiri” kitabını insan iradəsinin manifesti adlandıran İsa Həbibbəyli deyib: “Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər “Kasıbların bankiri” kitabından çıxarılan əsas nəticələrdir”.

Tədbirdə söz alan Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bidirib ki, M. Yunusu unikal edən, ona Nobel qazandıran ən böyük üstünlüyü dəyişikliyə olan inamı olub.

“Siz bankların kasıb insanlarla işləyə biləcəyini, Banqladeş cəmiyyətinin aşağıdan dəyişə biləcəyinə inanmısız. Azərbaycanı da bu günki inkişaf səviyyəsində gətirən həmin inamdır. 90-cı illərdə çoxsaylı sınaqlardan keçən Azərbaycan bu gün dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Kasıblıq və işsizlik dəfələrlə aşağı salınaraq 5%-dən aşağı səviyyəyə endirilib”,-deyə M. Kərimli qeyd edib.

Daha sonra “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Baş İcraçı Menecer Timoti Tarrant –da Mühəmməd Yunusun Bakıya səfər etməsini çox yüksək qiymətləndirərək, dünya iqtisadçılarının məhz onun araşdırmalarından ilhamlandığını etiraf edib.

Kitabının Azərbaycan dilinə təcrümə edilməsini müsbət qiymətləndirən M. Yunus Azərbaycan xalqının və ictimaiyyətini kasıblığın azaldılması istiqamətindəki addımlarını yüksək qiymətləndirdiyini deyib.
“Kitabın Azərbaycan dilində tərcümə olunmasında zəhmət çəkən hər bir şəxsə təşəkkür edirəm. Düzü, kitabı ilk yazan zaman bu qədər maraqla qəbul ediləcəyini gözləmirdim. Lakin, reaksiyalar məni də təəccübləndirdi. İnkişafı davamlı olan Azərbaycan cəmiyyətinin də “Kasıbların bankiri” kitabından yüksək səviyyədə yararlanacağına ümid edirəm. Biz bu kitabda bir çox vacib məqamlara toxunmuşuq. Hər birimiz yoxsulluğun sıfır səviyyəsinədək endirilməsini arzu edirik. Azərbaycan bu hədəfə çox yaxındır”.

Yoxsulluğun sıfır səviyyəsinə endirildikdən sonra gələcəkdə yoxsulluğun muzeyinin yaradılacağını deyən M. Yunus bildirib ki, Azərbaycan artıq bu istiqamətdə işlərə başlayıb.
Mərasimdə Professor Məhəmməd Yunusa BAMF-ın Ali Mükafatı təqdim olundu.

Qeyd edək ki, sözügedən Ali Mükafat buna qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim olunub. Bu mükafat dünya miqyasında vətəndaş cəmiyyəti sahəsinə verdiyi töhfə, beynəlxalq səviyyədə sosial və iqtisadi sahədə əldə olunan nailiyyətlərə, dünya elminin inkişafında oynadığı əvəzsiz rol və münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim olunur.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti