Professor Musa Qasımlıdan erməni yalanlarını alt-üst edən əsər

Professor Musa Qasımlıdan erməni yalanlarını alt-üst edən əsər

Müəllif: Redaktor

Baş Redaktor

125940Sovet dövründə – 1920-1991-ci illərdə Ermənistan SSR və xarici ölkələrdəki erməni təşkilatları Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürüblər. Onlar öz məqsədlərinə nail olmaq üçün uydurma erməni soyqırımını dövriyyəyə buraxıblar. Ötən əsrin sonlarında isə erməni silahlı qüvvələri Azərbaycana hərbi təcavüz edərək, Dağlıq Qarabağ regionunu və ətraf rayonlarını işğal ediblər.

Ermənistanın və erməni təşkilatlarının bütün iddialarının əsassız olduğunu sübut etmək, ən mötəbər mənbələrə istinad edərək tarixi faktları açıqlamaq Azərbaycan tarixçilərinin başlıca vəzifələrindən biridir.

Prezident İlham Əliyevin bir neçə il əvvəl müəyyənləşdirdiyi hücum diplomatiyası taktikası artıq öz bəhrəsini verməkdədir. Millət vəkili, görkəmli tarixçi, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının Moskvada rus dilində nəşr edilmiş “Azərbaycan, Ermənistan və Türkiyə 1920-1994-cü illərdə: real tarix” (Moskva, İNSAN, 2016. 616 səh.) adlı irihəcmli əsəri müstəsna əhəmiyyət daşıyır.

Professor Musa Qasımlının Azərbaycanda və xarici ölkələrdə nəşr edilən əsərləri elmi ictimaiyyətin dərin marağına səbəb olur. Kitabda qeyd olunub ki, 1920-1991-ci illərdə Azərbaycan və Ermənistan müstəqil dövlətlər deyildilər, onların xarici siyasəti Mərkəzin əlində cəmlənmişdi. Buna baxmayaraq, Ermənistan SSR və xarici ölkələrdəki erməni təşkilatları Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətlərini müxtəlif üsullarla davam etdirmişlər. O zaman bu təşkilatların fəaliyyətlərin başlıca məqsədi nə olub? Məqsədə nail olmaq üçün hansı üsullardan istifadə edilib? Azərbaycan ərazisində süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayəti necə yaradılıb? Böyük dövlətlər öz maraqlarını reallaşdırmaq naminə erməni təşkilatlarından və Ermənistandan necə istifadə ediblər? Ermənistan və erməni təşkilatları öz yalanları ilə Mərkəzi və böyük dövlətləri necə aldadıblar? Azərbaycan ərazilərinin işğalı necə həyata keçirilib və nəticələri hansılardır?

Professor Musa Qasımlının bu monoqrafiyasında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər öl­kələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Kars konfranslarında ərazi məsələlərinin, Lozan kon­fran­sında “erməni məsələsi”nin həlli ilə bağlı maraqlı faktlar yer alıb. Burada həmçinin sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləş­dir­məsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, İrəvanda Türkiyə nüma­yən­dəliyinə hücum, 20-30-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci dünya müha­ri­bə­sindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qopartmaq cəhdləri ilə bağlı məqamlar haqqında məlumat verilib.

Kitabda Türkiyəyə qarşı ərazi iddialarını irəli sürməsi, bunlar baş tutmadıqda isə xarici ölkələrdən ermənilərin Ermənistana gəti­ril­­məsi, gəlmələrin yerləşdirilməsi üçün şərait olmadığından azərbaycanlıların tarixi torpaqlarından de­portasiya edilməsi, onların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına yerləşdirilmələri, 50-60-ci illərdə xarici ölkələrdəki erməni diasporasının və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və fəaliyyətləri, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan tor­paq­larını ələ keçirtmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanması, gedişi və Azərbaycan əra­zi­lərinin işğalının nəticələri məsələləri araşdırılıb. Problemə beynəlxalq münasibətlər, böyük döv­lət­lərin siyasəti və regionda baş verən proseslər baxımından yanaşan müəllif yeni və maraqlı bir elmi baxış or­taya qoyulub.

Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib. Əsər tarixçi, siyasətçi, diplomat və bu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutul­ub.

Əsərin redaktoru görkəmli alim, professor Əli Həsənov, rəyçiləri isə dünyada tanınmış tarixçilər – Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya, Türkiyənin İpək Universitetinin prorektoru, professor Kamal Çiçək, Böyük Britaniya Mərkəzi Asiya İşləri üzrə Kral Cəmiyyətinin əməkdaşı, professor Mixail Basxanovdur.

Monoqrafiya əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Azərbaycan dilində nəşr edilib və böyük maraq doğurub. Əsər Türkiyədə türk dilində nəşrə hazırlanır.

 

Araşdırma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti