!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Prosineçki heç yerə gedən deyil"... - AFFA təkzib edir

!Reklam – Yazi

Xəbər verildiyi kimi, Türkiyənin “Bursaspor” klubu Hamza Hamzaoğlundan sonra boş qalan posta millimizin baş məşqçisi Robert Prosineçkini gətirmək istəyir. Türkiyə mətbuatında yayılan məlumata görə, artıq tərəflər arasında ilkin razılıq əldə edilib.

Xəbəri klubun vitse-prezidenti Ali Ademoğlu mətbuata verdiyi açıqlamada təsdiqləyib:
“Prosineçki ilə ilkin danışığımız olub. Dostlarımız Azərbaycandadır. İdarə Heyətinin üzvləri ilə iclasımızdan sonra qərarımızı açıqlayacağıq”.

Bundan başqa “timsahlar”ın prezidenti Ali Ay da Prosineçki ilə bağlı açıqlama verib:

“Əcnəbi məşqçi ilə çalışmaq istəyirik. İki dostumuz Azərbaycanda Prosineçki ilə görüşür. Bilirsiz ki, özü Azərbaycan millisini çalışdırır. Şərtlərdə anlaşa bilsək, Prosineçki “Bursaspor”a gələcək”.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi xəbəri təkzib edib:

“Baş məşqçimiz hazırda milli komanda ilə birlikdədir. Prosineçkinin bizimlə müqaviləsi davam edir. Bu yayılan xəbərlərin heç bir əsası yoxdur. Çünki onun milli komanda ilə görüləcək işləri var. Baş məşqçimiz hazırda millimizlə DÇ-2018-in seçmə mərhələsindəki oyunları düşünür. Həmin plana uyğun da çalışır”.

Qeyd edək ki, Türkiyə mətbuatı “Bursaspor”un rəsmisi Yüksel Çolakın artıq Prosineçki ilə danışıqlar üçün artıq Azərbaycana yola düşdüyünü qeyd edib.

 

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv