www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamedGənclər Fondunun dəstəyilə “Psixo-SOS Forumu” keçirildi

Forumda gənclərin psixoloji-sosioloji problemləri ətrafında ekspertlərin iştirakı ilə müzakirələr aparılıb
Bakıda Azərbaycan Gənclər Fondunun dəstəyilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Xarici Əlaqələr sektorunun müdiri Şəhla Cəlilzadənin rəhbərliyi ilə “Psixo-SOS Forumu” təşkil edilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov gəncləri salamlayıb və dövlətimizin gənclərin ideyalarına dəstək verməsindən söz açıb.

Forumda, 14-29 yaş arası subbakalavr, bakalavr və magistrant gənclər iştirak ediblər. Eləcə də gənc psixoloq, sosioloq, filosof və bu kimi humanitar ixtisas nümayənədləri də ekspert qismində forumda öz fikirlərini bölüşmüş, gənclər arasında son zamanlar yayğınlaşmış intihar halları, özünəqapanma, güvənsizlik, təcrid olunma və bu kimi problemlər ətrafında bəhs etmişlər. Gənclərlə birbaşa müzakirələrdə öz sahələrində uğur qazanmış gənclər, QHT sektorunda və ictimai fəaliyyətdə fərqlənən gənc fəallar, gənc jurnalistlər və digərləri də iştirak ediblər. Öz sahəsinin mütəxəssisləri olan gənc psixoloqlar Rəvan Eyyubov və Zümrüd Əkbərova mövzu ətarafında çıxış edib, gəncləri maraqlandıran sualları cavabladılar

Layihə rəhbəri Şəhla Cəlilzadə “Psixo-SOS Forum”un başlıca məqsədlərindən bəhs edib: “Forumda əsas məqsəd gənclər arasında mövcud olan və son zamanlarda xüsusən artan intihar halları, ünsiyyət əngəlləri, önyarğı, stressin idarə olunması, psixoloji problemlərin qarşısının alınması, həll yollarının tapılması və inkişaf etdirilməsinə dair məsələni ictimaiyyət üçün qabartmaq və SOS səviyyəsinə çatmış bu problemi müvafiq dövlət qurumlarının, nüfuzlu QHT-lərin və KİV-in nəzərinə çatdırmaqdan ibarətdir”.

Forum zamanı gənclərdə pozitiv düşüncənin, özünə inamın formalaşdırılması və gənclərimizin psixoloji inkişafına stimul verməklə bağlı məsələlərin vacibliyinə diqqət çəkilib. Çıxış edən natiqlər gənclərimizin sosial səbəblərlə gərginləşən psixoloji vəziyyətinə dair müxtəlif aspektlərdən şərhlər verib, iştirakçı gənclərin suallarına aydınlıq gətiriblər. İştirakçı gənclər də öz növbəsində gənclərin psixoloji sağlamlığı ilə bağlı məsələlərə dövlət qayğısının və ictimai diqqəti artırmağın vacib olduğunu vurğulayıblar.

Xatırladaq ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub. Proyekt ümumilikdə 16 iyul – 16 sentyabr tarixlərini əhatə edir.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 84
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."