Pul yığan müəllimlə direktor işdən çıxarılacaq

Pul yığan müəllimlə direktor işdən çıxarılacaq

Müəllif: Redaktor

Baş Redaktor

12001767_962785817118444_2129768989_oAzərbaycan Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar yenidən təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, “Müəllimlər günü”nün yaxınlaşması müxtəlif məktəblərdə bu məqsədlə pul yığılması barədə edilən söhbətləri yenidən gündəmə gətirir.

C.Valehovun sözlərinə görə, belə hallarla rastlaşan şəxslər TN-nin “Qaynar xətt”inə anonim olmadan müraciət edə bilərlər: “Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.

C.Valehov belə halların ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirdiyini söyləyib(qafqazinfo).

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti