“…, pulla alınmış adamlardır”

“…, pulla alınmış adamlardır”

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

“Heç kimdə şübhə doğurmur ki, Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi heç bir əsasa söykənmədən böhtan, yalan, qərəz dolu müddəalarla əhatə olunub”.

Bunu millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib. O, bildirib ki, məsələnin arxasında nələr olduğuna nəzər yetirsək görərik ki, bununla heç də sadəcə olaraq onların təbirincə Azərbaycanda baş verən müəyyən proseslərə deyil, uzaq məqsədli məsələlərə diqqəti cəlb etmək istəyirlər:

“Onların niyyəti ondan ibarətdir ki, bu gün Azərbaycan həyata keçirdiyi milli maraqlara söykənən siyasətdən onların diqtə etdiyi gündəmlə fəaliyyət göstərən bir siyasətə keçsin. Əlbəttə, cənab Prezident bunu dəfələrlə öz çıxışında deyib. Heç bir halda dövlətimiz buna yol verməz, biz heç bir halda tutduğumuz siyasi kursdan kənarlaşa bilmərik”.

Onun sözlərinə görə, Avropa Parlamentinin nə qədər qətnamə qəbul etməsindən asılı olmayaraq, bugünkü hakimiyyətin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının maraqlarına istiqamətlənib: “ Qətnamənin digər tərəfinə baxanda burada erməni lobbisinin də izlərini görürük. Bu qətnaməni hazırlayanlar, təşkil edənlər, səs verənlər erməni lobbisi və diasporu tərəfindən pulla alınmış adamlardır. Qətnamədə diqqət çəkən məqamlardan biri də odur ki, hər dəfə Azərbaycanla bağlı qətnamələr təxirəsalınmaz məsələlər adı altında qəbul edilir.

Sual olunur, Azərbaycanda təxirəsalınmaz məsələ nədən ibarətdir? Bəlkə onlar təxirəsalınmaz məsələni özlərində axtarsınlar? Bəlkə bu gün Avropada baş verən qanunsuzluqlara, insan haqlarının kobud şəkildə pozulmasına, miqrantlara qarşı törədilən cinayətlərə diqqəti cəlb etsinlər? Təxirəsalımaz məsələdən danışırlarsa, biz neçə müddətdir deyirik ki, bizim iki vətəndaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundadır. Yanvar ayında Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunub ki, bu məsələ işə götürülsün, baxılsın, lakin heç bir reaksiya yoxdur. Amma burada bir nəfər haqqında müəyyən qərar qəbul olundu və iki ay müddətində həmin məsələni baxışa qədul edib qərar verdilər. Onların məqsədi ondan ibarətdir ki, bu gün Azərbaycanın milli maraqlarını hərraca çıxaranları, Leyla Yunus kimi satqınları, Xədicə İsmaylova kimi Azərbaycanın milli maraqlarını xarici agenturaya satanları dərhal azadlığa buraxdırsınlar. Biz bunamı getməliyik? Əgər onlar doğrudan da jurnalistlərin haqqını qoruyurlarsa, ABŞ-da bir müddət öncə canlı yayımda iki jurnalisti güllələdilər, onunla bağlı niyə qətnamə qəbul etmirlər?”

A.Quliyev deyib ki, ATƏT Parlament Assambleyasında İzabel Santoş adlı bir nəfər var, iki gündən bir Azərbaycanla bağlı bəyanat verir: “Biz dəfələrlə ona iradımızı bildirdik ki, siz bu yolla heç nəyə nail ola bilməyəcəksiniz, bir az ədalətli, obyektiv olun. Amma həmin İzabel Santoş bu gün miqrantlarla bağlı baş verənlən hadisələrə, ABŞ-da irqi zəmində baş verən qətllərə münasibətdə susmağa üstünlük verir, heç bir bəyanat vermir. Əlbəttə, bunlar hamısı bizi ciddi şəkildə narahat edir”.

Millət vəkili deyib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri çox açıq və şəffaf şəkildədir: “Bilirsiniz ki, cənab Prezident bir neçə həftə bundan öncə Avropaya İnteqrasiya üzrə Dövlət Kommissiyasının adını dəyişdirdi, Avropa İttifaqı ilə Əməkdaşlıq Komissiyası qoydu. Bəli, biz inteqrasiya etmək istəyirdik, amma biz hara inteqrasiya edək, hansı dəyərlərə? Bunun müqabilində biz nələri əldə etdik? Və yaxud da Avronest Parlament Assambleyası ilə biz nə qədər səmimi əməkdaşlıq etmək istədik?.

Onlar bunun müqabilində bizə nələr göstərdilər? Bu qədər haqsızlıq, bu qədər riyakarlıq, bu qədər ikiüzlülük. Vətəndaş cəmiyyəti forumu yaradıblar, guya bura qeyri-hökumət təşkilatlarını cəlb edirlər. Vətəndaş cəmiyyəti forumunun önündə gedən “People in need” adında bir təşkilatdır və Daqlıq Qarabağa qanunsuz səfərlər təşkil edib”.

Gündəm, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti