www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rusiya prezidenti Vladimir Putin, Suriyanın paytaxtı Dəməşq ətrafında kimyəvi təxribat hazırlığı getdiyi barədə məlumat aldıqlarını açıqlayıb.

Yeniçağ.Az “Sputnik”-ə istinadən xəbər verir ki, prezident bu barədə italiyalı həmkarı Sercio Mattarella ilə Moskvada keçirdiyi görüşdən sonra jurnalistlərə danışıb.

“Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumata görə, ABŞ Suriyanın paytaxtı Dəməşq ətrafı əraziləri bombalamağa hazırlaşır. O bölgədə yeni təxribat hazırlığı gedir. Bəziləri insanların üzərinə kimyəvi maddələr atıb günahı Əsəd rejiminin üzərinə yıxmağa çalışır. Beləliklə də, hökuməti yıxmaq istəyirlər. Açığı, bu cür provokasiyalar mənə İraqın işğalını xatırladır. O zaman da, Amerika “Səddamda kimyəvi silahlar var” bəhanəsi ilə İraqa daxil olmuşdu. İŞİD terror təşkilatı da məhz həmin müharibədən sonra üzə çıxdı” — Putin bildirib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."