!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin: “Bizi Türkiyə ilə toqquşdurmaq istəyirlər”

!Reklam – Yazi

org_mvxe518Rusiya prezidenti Vladimir Putin dünən keçirdiyi illik mətbuat konfransında ötən ilin noyabrında Türkiyə sərhədində hərbi təyyarənin vurulması ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Yeniçağ.Az xəbər verir ki, Vladimir Putin Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin və 2015-ci ilin noyabrında hərbi təyyarənin vurulmasının Rusiya-Türkiyə münasibətlərinin pozulması məqsədilə edildiyini deyib. O, qeyd edib ki, təyyarənin vurulmasından sonra Ankaranın göstərdiyi dəlillərə əvvəlcə şübhə ilə yanaşsa da, sonra fikrini dəyişib:

“Hətta buna inanmağa başladım. Və Türkiyədəki səfirimizin bir polis tərəfindən qətlə yetirilməsindən sonra heç bir tərəddüdüm qalmadı. Müəyyən qüvvələrin Türkiyənin ədliyyə və təhlükəsizlik sisteminə sızmaları olduqca dərin məsələdir. Heç kəsi nədəsə ittiham etmək istəmirəm, lakin bunun belə olduğunu görürük”.

Rusiya prezidenti əlavə edib ki, baş verən məlum hadisələr ikitərəfli münasibətlərin inkişafına mane olmayacaq:
“Biz Türkiyə-Rusiya münasibətlərinin əhəmiyyətini dərk edirik və əlaqələrin daha da inkişafına çalışacağıq. Münasibətlər düzəldikdən sonra birlikdə orta yol axtarmağa başladıq. Bunun gələcəkdə də davam edəcəyinə ümidliyəm”.

V. Putin Suriya böhranının aradan qaldırılması təşəbbüslərindən danışarkən, Türkiyə, Rusiya və İranın birgə səylərinin əhəmiyyətini də önə çəkib:

“Hələb məsələsində Türkiyə, İran hakimiyyəti və onların prezidenti, o cümlədən bizim fəal səylərimiz olmasaydı, nəticə də əldə edilməzdi”.

Yeniçağ.Az

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv