!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin İlham Əliyevi təbrik etdi

!Reklam – Yazi

143656_res_01Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və başqa sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz haqlı olaraq beynəlxalq arenada yüksək nüfuz qazanıb.

Qədim köklərə malik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Məzmunlu siyasi dialoq qurulub, müxtəlif istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq genişlənir. Əminəm ki, biz birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrin bütün kompleksinin daha da genişlənməsini, habelə regional və beynəlxalq gündəlikdəki aktual problemlərin həllində qarşılıqlı tərəfdaşlıq əlaqələrini təmin edəcəyik. Bu, ölkələrimizin qardaş xalqlarının köklü mənafelərinə uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar, həmvətənlərinizə sülh və firavanlıq diləyirəm”.

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv