www.sinerjipro.net

SinerjiProWide
Reklam

101024Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Fələstin lideri Mahmud Abbas Rusiyada bir araya gələcək.

Dövlət başçıları Moskvada Avropanın ən böyük məscidinin açılışında iştirak edəcəklər. Bu barədə məlumatı Rusiya Müftilər Birliyi nümayəndəsi Gülnur Gaziyeva yayıb. Gaziyeva üç liderin mərasimdə iştirakını təsdiq etdiyini vurğulayıb.

Açılış mərasimində müsəlman ölkələrin bir çox nümayəndələri də iştirak edəcək.

Moskva Ulu Məscidi Qurban bayramından bir gün əvvəl, yəni sentyabrın 23-də açılacaq. Açılış mərasiminə Rusiya dövlət başçısı Vladimir Putin də qatılacaq.

Məscid Moskvanın ən böyük prospektlərindən biri olan Prospekt Mirada tikilir. Məscid 19 min kvadrat metr ərazini əhatə edir.

Bura konfrans və sərgi salonları da daxildir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."