Putin Qələbə paradına 6,7 milyon xərcləyib

Müəllif: Redaktor

Editor

1429mayÖtən gün Rusiyanın paytaxtı Moskvada Böyük Vətən müharibəsində qazanılan qələbənin 71 illiyi münasibəti ilə keçirilən parada 295,7 milyon rubl (6,700, 564 AZN) vəsait xərclənib.

Qeyd edək ki, bu ötən il Qələbənin 70 illiyi münasibəti ilə keçirilən parada bundan üç dəfə çox vəsait xərclənib. Belə ki, 2015-ci ildə bu məqsədlər Rusiya dövlət büdcəsindən təxminən 810 milyon rubl və ya 18,3 milyon manat vəsait sərf olunub.

Xatırladaq ki, mayın 9-da Qızıl meydanda keçirilən paradda 10 min hərbçi, 135 ədəd yerüstü texnika, həmçinin 71 ədəd təyyarə və helikopter iştirak edib. (Azvision)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır