!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin qəzadan sonra niyə “yoxa çıxıb”?

!Reklam – Yazi

putinRusiyaya məxsus təyyarədə 217 sərnişinin qəzaya uğramasından sonra ölkə prezidenti Vladimir Putinin “yoxa çıxması” medianın diqqətindən qaçmayıb.

Kremlin saytında prezidentin qəzada ölənlərin ailələlərinə başsağlığı mesajı yer alsa da, gözlənildiyi kimi Putin ölkə vətəndaşları qarşısında rəsmi çıxış etməyib. Hazırda dövlət başçısının harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Sonuncu dəfə dövlət başçısının baş verən faciə ilə bağlı oktyabrın 31-də Kremlin saytında iki mesajı yerləşdirilib.

Prezidentin mətbuat xidmətinin rəhbəri isə bu gün açıqlama verərək Vladimir Putinin aparılan araşdırmalarla bağlı müntəzəm məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, Putin sonuncu dəfə bu ilin martında yoxa çıxmışdı. Yerli mətbuat onun uzun müddət görünməməsi ilə bağlı müxtəlif versiyalar irəli sürmüşdü(Qafqazinfo)

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv