www.sinerjipro.net

SinerjiProWide
Reklam

70bb4a201bc1a3b49c5676570ab4c95b-300x161Bu dəqiqələrdə illik mətbuat konfransında jurnalistlərin sualını cavablandıran Rusiya prezidenti Vladimir Putin maraqlı addım atdı. Konfransda “Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksandr Qamovun ölkədəki iqtisadi durumla bağlı sualını cavablandıran Putin qəfil qolundakı saatını çıxararaq kənara qoyub. Bundan sonra isə Rusiya prezidenti qarşısındakı kağızlardan ölkəsinin iqtisadi durumu ilə bağlı statistik rəqəmlər oxumağa başladı.

Maraqlıdır ki, ənənəvi illik mətbuat konfransı adətən əvəllcədən müəyyən edilmiş zaman çərçivəsində keçirilirdi. Bu dəfə isə vaxt məhdudiyyətinin olmayacağı bildirilirdi. Görünür Putin Kremlə yaxın olan bir qəzetin müxbirindən belə sərt sual gözləmirmiş. Saatın çıxarılıb kənara qoyulması da mətbuat konfransının məhdudu zaman çərçivəsinə işarə hesab oluna bilər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."