Yazı İçi 468×60

2882putindaRusiya prezidenti Vladimir Putin bu ölkədə həbsdə olan ukraynalı hərbçi Nadejda Savçenkonun əfv edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katiib Dmitri Peskov bildirib.

Peskov, həmçinin Milli Qəhrəman Savçenkonun Kiyevdə olduğunu təsdiqləyib. Bildirilib ki, Savçenkonun əfv olunmasını onun qətlə yetirdiyi rus jurnalistlərin valideynləri xahiş edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Rostov vilayətinin Doneçk şəhər məhkəməsi sabiq Ukrayna hərbçisi Nadejda Savçenkonun 22 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib.

Savçenko “VQTRK” şirkətinin jurnalistləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsində, həmçinin Rusiya Federasiyası sərhədlərinin qanunsuz şəkildə keçməkdə şübhəli bilinib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."