yenicag.az

Putin: “Suriya münaqişəsinin tərəfləri atəşkəs rejiminə dair saziş imzalayıb”

Putin: “Suriya münaqişəsinin tərəfləri atəşkəs rejiminə dair saziş imzalayıb”

Müəllif: resul

Editor

putinSuriya münaqişəsinin tərəfləri arasında ölkə ərazisində atəşkəs elan olunması və sülh danışıqlarına başlamaq üçün hazırlığa dair razılıq əldə olunub.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin xarici işlər naziri və müdafiə naziri ilə görüşündə bildirib.

“İndicə bir neçə saat əvvəl sadəcə gözləmədiyimiz, uğrunda çox çalışdığımız hadisənin baş verməsi barədə məlumat almışıq. Üç sənəd imzalanıb. Birinci sənəd Suriya hökuməti və silahlı müxalifət arasında ölkə ərazisində atəşkəs elan edilməsi ilə bağlıdır. İkinci sənəd atəşkəs rejiminə nəzarət edilməsi üzrə tədbirlər kompleksidir. Üçüncü sənəd isə Suriya məsələsinin nizamlanması üzrə sülh danışıqlarına başlamağa hazır olmaqla bağlı bəyanatdır” – V.Putin vurğulayıb.

Yeniçağ.Az

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti