!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Ukraynanı ittiham etdi

!Reklam – Yazi

76225Rusiya Ukrayna ilə bağlı önəmli açıqlama verib.

Yenicag anspress-ə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna böhranı ilə əlaqədar Qazaxıstanda keçiriliməsi planlaşdırılan sülh danışıqları ertələnə bilər.

Peskov Ukrayna hökumətini ölkənin şərqində döyüşləri yenidən intensivləşdirməkdə ittiham edib.

“Rəsmi Kiyevin bu addımı sülh danışıqlarını ertələyə bilər. Ukraynanın şərqində döyüşlərin yenidən başlaması rəsmi Kiyev üçün çox pis nəticələr verə bilər. Döyüşlərin başlaması sülh danışıqlarını baltalayır”, deyə Peskov bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir. Hər iki tərəfdən itkilər var. Ukrayna tərəfi isə döyüşlərin yenidən başlanmasında Rusiyanı ittiham edir.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv