!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin və Ərdoğan Suriya məsələsini müzakirə ediblər

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Kremldən açıqlama verilib. Açıqlamada söhbət zamanı ikitərəfli münasibətlər və Suriya probleminin müzakirə olunduğu bildirilib:

“Hər iki tərəf Rusiya və Türkiyə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin mövcud vəziyyətindən məmnunluğunu ifadə edib. 28 sentyabr 2017-ci il tarixində Ankarada əldə olunan iqtisadi razılaşmaların uğurla həyata keçirildiyi vurğulanıb.

Həmçinin, liderlər oktyabr ayının sonunda Astanada həyata keçiriləcək Suriya danışıqları barədə də fikir mübadiləsi ediblər. Ümumiyyətlə, bu rəsmi təmas ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyırdı”.

 

www.yenicag.az

1856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv